İnsanın həyasını nə gücləndirir, nə zəiflədir?

Həyaya səbəb olan və mane olan amillərə nəzər salaq.

Həya – o fəzilətli sifətlərdəndir ki, Məsumların (ə) nəzərinə görə, hər kimin həyası olmaz – onun imanı olmaz. Həya – imanın göstəricisidir. Həyaya səbəb olan və mane olan amillər vardır ki, onlarla tanış olaq.

Həyaya səbəb olan amillər:

1. Ağıl. Həzrət Peyğəmbər (s) ağıl ilə bağlı xristian rahibə buyurur: “Ağıl, mülayimliyin yaranmasına səbəb olar. Mülayimlikdən – elm, elmdən – inkişaf, inkişafdan – iffət, iffətdən – özünə hakim olmaq, özünə hakim olmaqdan – həya, həyadan – vüqar, vüqardan – xeyir əməli davamlı yerinə yetirmək və şər işə nifrət etmək hasil olar”.

2. İman. İmam Sadiq (ə) buyurur: “İmanı yoxdur, o kəsin ki, həyası yoxdur”.

Həyaya mane olan amillər:

1. Pərdələrin aradan qalxması. İmam Kazım (ə) öz tərəfdaşlarına tövsiyə edir: “Özünlə qardaşın arasında xəcalət pərdəsini aradan qaldırma. Ondan bir qədərini saxla. Çünki onu aradan qaldırmaq – həyanı aradan qaldırmaqdır”.

2. İnsanlara tərəf ehtiyac əlini uzatmaq. İmam Sadiq (ə) buyurur: “İnsanlara tərəf ehtiyac əlini uzatmaq – izzəti aradan qaldırar və həyanı aparar”.

3. Çox danışmaq. İmam Əli (ə) buyurur: “Hər kim çox danışar – çoxlu xata yolunu gedər. O kəs ki, çoxlu xata edər – həyası az olar. O kəsin ki, həyası az olar – təqvası azalar. O kəsin ki, təqvası azalar – qəlbi ölər”.

4. Şərab içmək. İmam Rza (ə) buyurur: “Allah şərabı haram buyurmuşdur. Çünki şərab məhv olmağa səbəb olar. Ağılları həqiqəti tanımaqda batil edər. İnsanın üzündən həya və xəcaləti aradan aparar”.

Milli.Az

Share: