İnstaqramdan Namiq Qaraçuxurluya maneə

İnstaqramdan Namiq Qaraçuxurluya maneə

Meyxanaçı Namiq Qaraçuxurlu yeni mahnısını sosial şəbəkə hesabında təqdim edə bilməyib. 

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, instaqram onun mahnısını əngəlləyir:

“İnstaqramın yeni mahnımın paylaşımını əngəlləməsindən xəbərim var. Hal-hazırda bu problemin çözümü ilə məşğuluq. Yəqin ki, məsələ iki-üç günə həllini tapar”.

Qeyd edək ki, N.Qaraçuxurlunun yeni mahnısı “Yoxdur” adlanır.

Share: