İnternetdə terror təbliğatı ilə mübarizə aparılacaq

Fransa, Yeni Zelandiya, Böyük Britaniya liderləri və İT-nəhənglər internetdəki terroristik kontentlə mübarizəni gücləndirməyə razılaşıblar.

Milli.Az chip.az-a istinadən bildirir ki, görüş mayın 15-i Parisdə baş tutub. Görüşdə Yeni Zelandiyanın baş naziri Casinda Ardern, onu britaniyalı həmkarı Tereza Mey, Fransa prezidneti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo və başqa siyasətçilər, İT-şirkətlər nümayəndələri olaraq isə “Twitter”-in icraçı direktoru Çek Dorsi, “Facebook”-un beynəlxalq məsələlər üzrə direktoru Nik Kleqq və “Google“-un qlobal kommunikasiyalar üzrə birinci vitse-prezidenti Kent Uolker iştirak edib.

Donald Trampın administrasiyası kommünikeni imzalamaqdan imtina etsə də, Ağ Evin bəyanatında qeyd olunur ki, ABŞ söz və mətbuat azadlığına hörmət edərək, internetdə terroristik məlumatla fəal mübarizəni aparmağa davam edəcək. Bunu ABŞ administrasiyasının bəyanatına istinadla “The Washington Post” qəzeti xəbər verib.

Dünya liderləri nəyə görə ekstremist kontentlə mübarizə aparmağa qərara gəliblər

Sammitin keçirilməsi haqda təşəbbüslə Yeni Zelandiyada 15 martda törədilmiş ən iri terror hücumundan sonra ölkənin baş naziri Casinda Ardern çıxış edib. Xatırladaq ki, Kraystçörçdə iki məscidə silahlı hücum edən terrorçu Brenton Tarrant törətdiyi terror aktınının “Facebook” üzərindən birbaşa canlı yayımını edirdi. Avstraliyalı terrorçu həmçinin “Twitter”-də öz real adı altında qeydiyyatda olduğu hesabında Kraystçörçdəki hücumdan qabaq silahının şəklini dərc etmişdi.

Parisdəki sammit zamanı Ardern İT-şirkətlərinə: “Sizin miqyasınız və təsiriniz (ekstremist kontentlə mübarizəyə görə) üzərinizə məsuliyyət qoyur” , – deyə müraciət edib.

Bəzi ekspertlərin də hesab etdiyi kimi, “Twitter”, “Facebook” və ya “YouTube” kimi populyar sosial şəbəkələr təbliğat işində “ucluq” qismində çıxış edirlər. Özü də terrorçular kommunikasiya üçün kompüter oyunlarındakı çatlara qədər digər messencer və bloqlardan da fəal şəkildə faydalanırlar.

Terrorizmlə mübarizədə hansı təşəbbüslər təklif olunur

Yekun kommünikeni 17 ölkə nümayəndəsi (adı sadalananlardan başqa Avstraliya, Almaniya, Hindistan, İtaliya, Niderland, İspaniya və İsveç) və İT-şirkətlər imzalayıb. Razılaşdırılmış sənədin hüquqi qüvvəsi yoxdur. Sadəcə imzalanmış dövlətlərin hakimiyyətləri terrorizmin başlıca səbəblərindən qurtulmaq üçün öz ölkələrindəki cəmiyyətlərin birləşdirilməsi üçün əlavə səylərini göstərməyə söz veriblər. İT-şirkətlər isə üzərinə ekstremist kontentlə mübarizədə əlavə “konkret və şəffaf tədbirlər” götürməyi, həmçinin istifadəçilərin radikal qruplardan məlumat əldə etməməsi üçün labüd alqoritmlərin tərtib edilməsi öhdəliklərini götürüblər.

İstifadəçilər nə gözləməlidir

Paris razılaşmaları, ekspertlərin qeydlərinə görə, dövlətlərin onlayn-kontent üzərindəki nəzarətinin gücləndirilməsinin sübutudur. Onların fikrincə, smartfon istehsalçıları, tətbiq yaradıcıları artıq hakimiyyətlərlə fəal əməkdaşlıq edirlər, özü də çox vaxt səssiz və gizli şəkildə. Hakimiyyətin internetdə tənzimləyici rolunun gücləndirilməsinin nəticəsi özəl şirkətlərə dövlət orqanları tərəfindən edilən sorğuların artması olacaq.

Tənzimləmənin sərtləşdirilməsi istifadəçilərə də toxunacaq: qanunvericilk tələblərinin sərtləşdirilməsi boyu artıq şəxsi həyatın toxunulmazlığı, məxfilik, şəxsi yazışma, telefon danışıqları, poçt və digər ismarışların sirri kimi anlayışları unutmaq olar.

Share: