Ukraynanın Poltava vilayətinin hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını saxlayıblar.
“Qafqazinfo”nun “İnterfaks-Ukraina” portalına istinadən verdiyi xəbərə görə, 39 yaşlı azərbaycanlı “İnterpol” vasitəsilə axtarışda olub.
Məlumata görə, cinayət hadisəsi 2015-ci ilin fevralında baş verib. Belə ki, o, başqa bir cinayətkarla öncədən əlbir olub Zaqatala şəhər sakinini aldadaraq ondan 22 min 500 AZN pul alıb və geri qaytarmayıb.
Daha sonra Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi açıb.
2016-cı ildə Zaqatala şəhər regional məhkəməsinin qərarına əsasən onun haqqında axtarışla həbs qərarı verilib. Bu ilin fevralında isə “İnterpol”la beynəlxalq axtarışa verilərək Azərbaycana ektstradisiyası istənilib.
Sözügedən şəxs Poltavanın Orjitsk rayonunun kəndlərindən birində saxlanılıb. Hazırda o müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib, ekstradisiya məsələsinə baxılır.
Qeyd edək ki, onu Azərbaycanda12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.