İntizam Məcəlləsində dəyişiklik: VAR monitoruna yaxınlaşanlar cəzalanacaq

AFFA İntizam Komitəsinin (İK) İntizam Məcəlləsinə video-köməkçi hakim (VAR) sistemi ilə bağlı maddələr əlavə olunacaq.

Bu barədə “Report”a İK sədri Erkin Hüseynov məlumat verib. Hüseynovun sözlərinə görə, bu addım baş hakimlərin VAR epizoduna baxışı zamanı kənar müdaxilələrin qarşısını almaq üçün atılacaq.

Hüseynov bildirib ki, artıq bununla bağlı iş gedir: “Referi epizodu izləyərkən, VAR monitorunun yaxınlığında heç kim olmamalıdır. Bu, Avropada da belədir. Aparatın olduğu yerdən 1,5 metr məsafədə xətlər çəkilib ki, ora referidən başqa kiminsə yaxınlaşması qadağandır”.

İK sədri hələlik cəzaların müəyyənləşmədiyini söyləyib: “Premyer Liqanın Əsasnaməyə əlavələrdən sonra İntizam Komitəsi yığışacaq. Maddələr müzakirə olunduqdan sonra təsdiqlənəcək”.

Mənbə

Share: