“İnvestorların qeyri-neft sektoruna marağı yoxdur” – Əli Məsimli

“Xarici investorların ölkəmizdə neft sektorundan fərqli olaraq, qeyri-neft sektoruna gəlməyə marağı yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib:

 

“Yeni qanunla investorların neftdənkənar sektora cəlb edilməsi çox vacibdir. Bu qanunda qardaş ölkə Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin təcrübəsindən istifadə edilməsi yaxşı haldır, amma istisnalar var. Qeyd edildiyi kimi, MDB ölkələrinin təcrübəsində də çatışmazlıqlar var, onlar nəzərə alınıbmı? Ona görə də bu çatışmazlıqlar qanunda əks olunmalıdır”.

 

Deputat vurğulayıb ki, maliyyə təminatı sahəsində qanunun inkişaf etdirilməsinə ehtiyac var: “Qanunda dövlət-özəl tərəfdaşlığı hissəsi təkmilləşdirilməlidir, layihədə çox ümumi xarakterli məlumatlar var. Azərbaycanda yerli investorlarla bağlı problemlər var. Bu gün qanunun tələblərinə cavab verən şirkətlər bəllidir. Hamı üçün şərait yaradılacaqsa, qanunda maddələr genişlənməlidir”.

Mənbə

Share: