Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1.4 milyard manat təşkil edib.
İpoteka və Kredit Zəmanət Fondundan Milletinsesi.az-a verilən məlumata görə, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 5,679 milyon manat, yaxud 0,4% çoxdur.
Bu ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 105 vahid artaraq 27 870-dən 27 975-ə çatıb.
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ yanvarda dəyişməyərək 69,724 milyon manat olub.
Bu ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 5,712 milyon manat və yaxud 0,8% azalaraq 723,878 milyon manatdan 718,166 milyon manata düşüb.