Artıq Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyasının qızğın mərhələsindəyik. Xətai rayonu demək olar ki, mandat uğrunda gedən savaşın ən gərgin mübarizə meydanına çevrilib. Bunlar təsadüfdəndir, yoxsa təşkil olunub deyə bilmərəm, amma tanınmışların eyni rayonda toqquşması yaxşı nəticələr vəd vermir. Namizədlər arasında təxribat xarakterli gərginlik yaradılması da istisna deyil.. Həmin təxribatların təşkil olunması heç də deputalığa namizədlər tərəfindən təşkil olunmaya da bilər. Çünki Xətai İcra Hakimiyyəti postu üçün də boynunu büküb gözləyənlər az deyildi.. Bu başqa yazının mövzududur. Keçək əsas mətləbə..
Xətai rayonunda dörd Seçki Dairəsi var: 33 saylı birinci, 34, 35, 36-cı Seçki Dairələri. YAP –ın 33 saylı Seçki Dairəsindən namizədi Hüseynbala Mirələmov, 34 saylı Seçki Dairəsindən Mixail Zabelin, 36 saylı Seçki Dairəsindən isə Qüdrət Həsənquliyevdir (Bu da YAP kimidir). YAP 35 saylı Seçki Dairəsindən isə güclü namizəd irəli sürməyib. Hakim partiyanın gücünü nəzərə alsaq, üç dairədə nəticələr təxminən bəllidir. Görəsən, 35-də güclü namizəd irəli sürməyən ölkənin ən güclü partiyası olan YAP kimə stavka edəcək ?
Onlardan daha kəskini və ən maraqlısı Xətai 35-ci Seçki Dairəsində Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arif oğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında mandat uğrundakı “müharibədir”.
Kənardan diqqətlə seyr edəndə bu “müharibə” ABŞ İraq müharibəsinə bənzəyir. Səddam Hüseyn necə ki, Buşa ov tüfəngi ilə güllə atırdı, İqbal da Ruafa o cür replika atır.
Gücləri balanslaşdıraq;
Rauf Arifoğlu namizədliyini irəli sürəndə imzatoplama kampaniyasına başladı, imzatoplama kapmaniyasına başlayanda təbliğat-təşviqat kampaniyasına start verdi, təbliğat-təşviqat kampaniyasında isə artıq “deputatdır”. Yəni, həmişə bir adddım öndə getməyə çalışır.. Hətta rayonda gedən abadlıq və quruculuq işlərini Müsavat .com-da vaxtaşırı işıqlandırıb həmin işlərin həyata keçirilməsinin sürətləndirilməsini öz adına çıxaraq, burdan da xal qazanır.
Arifoğlu kimlərlə “savaşmayıb ki”,? Hər zaman da təslimçi sülhə qarşı tərəfin ilk imza atması qələbə qazanıb.
Rauf Arifoğlu ilə savaşmaq asandır, amma qalib gəlmək mümkünsüzdür. Hər halda onun həyat yoluna baxanda belə deməyə əsas verir. O, dünya siyasətçisi, ümumimilli lider Heydər Əliyevlə, sonra İlham Əliyevlə ən kəskin formada “savaşdı” və onlara qarşı qatı müxalif mövqedə dayandı. Hətta təhqirlərdən belə çəkinmədi və sonra tam ayrı adama çevrildi.
Nəticədə “qalibiyyət” medalını qarşı tərəfdən aldı və onu sinəsində fəxrlə gəzdirir.
Maraqları naminə Müsavat kimi nəhəng partiyanı da darmadağın elədi. Onunla savaşa girən prezidentliyə iddialı İsa Qəmbər kiçik bir qeyri-hökümət təşkilatının rəhbərinə çevrildi. Yeni Müsavat qəzetini qatı müxailəfdən iqtidara daşıdı və istədiyi vaxt bunun əksini edə biləcəyi istisna edilmir.. Seçilməyəcəyi tədqirdə.. Yəqin ki, bir mandata görə hakimiyyət ikinci dəfə beləsini yenidən əks cəbhədə görməyi arzulamaz.
İqbal Ağazadə də zəif fiqur deyil və Xətai sakinləri arasında böyük hörmət sahibir. Siyasi meydandakı debatlarında və mübarizəsində heç vaxt tez uduzan siyasətçi obrazı yaratmayıb.. O da iqtidarla kəskin savaşıb və həbsə düşüb. Rəqibi kimi orden almasa da mandata yiyələnib. Demək, mandat növbəsi yenə də onun deyil..
Elman Nəsirovu ilk raundda nakauda salan İqbal Ağazadə Rauf Abbasovla baş-başa gələcəyini gözləmirdi. Ya onu Nəsirovun ahı tutdu, ya da..?
Arifoğlunun əlində “Müsavat” kimi Azərbaycanın bir nömrəli mətbu orqanı, yanında mətbuat nümayəndələri , əlində isə yazılmış və yazılmamış istənilən “savaş qaydaları” var. Həmçinin İqbalı Əlizadəyə uduzduran YAP heç vaxt Rauf Arifoğlu kimi yaxın keçmişdəki qatı düşməninin məğlubiyyətini təmin etməz. Bəlkə də Rauf Arifoğlu bu meyyarı əsas götürüb “35”-i seçdi. Hər halda bunlar Xətai sakini kimi mənim düşüncələrimdir.
Xalqımız üçün xeyirli olan istənilən namizədin yolu açıq olsun!
Talıb Əhədov