
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Biləsuvar şəhərində Biləsuvar və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Nazirlikdən bildirilib.
Qəbula gələnlər sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak, istehsal və emal müəssisələrinin yaradılması və digər məsələlərlə bağlı müraciət ediblər.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.