
Qlobal iqtisadiyyatın inkişaf sürəti son 30 ilin ən aşağı səviyyəsinə enəcək.
Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) yeni hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, 2022-ci ildən 2030-cu ilə qədər olan dövrdə qlobal ümumi daxili məhsulun orta artımı ildə təxminən 2,2% təşkil edəcək (2011-2021-ci illərdə 2,6% olub). Artım həm inkişaf etmiş ölkələrdə (1,4%-dən 1,2%-ə enəcək), həm də inkişaf etməkdə olan ölkələrdə (5%-dən 4%-ə) yavaşlayacaq.
Dünya Bankı qlobal artımın zəifləməsinə əsəs səbəb kimi COVID-19 pandemiyasının nəticələrini və Rusiyanın Ukraynadakı müharibəsini göstərir. Hesabatda yavaşlamanın daha da arta biləcəyi istisna edilməyib.