İrəvan KTMT təlimindən yenə imtina etdi 

Ermənistan KTMT-nin avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirak etməyəcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Avqustun 14-16-da Novosibirskdə elan olunmuş KTMT-nin “Kobalt-2024” kollektiv çevik reaksiya qüvvələrinin xüsusi təyinatlı bölmələrinin təlimlərinin iştirakçıları arasında Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan var. Ermənistan KTMT təlimlərində yenə iştirak etməyəcək”, – məlumatda bildirilib.

Share: