İrəvan mərkəzində atışma: polis bacarmadı

İyulun 31-də axşam saatlarında İrəvanın mərkəzində atışma baş verib. Məlumata əsasən, atışmada iki qruplaşma iştirak edib.

 

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat bildirir.

“İyulun 31-də axşam saatlarında Mərkəzi Polis Şöbəsinə İrəvanın İsakyan ünvanında atışma barədə məlumat daxil olub. Ümumilikdə 12 atəş açılıb. Qeyd olunur ki, hadisə yerinə gələn polislər uzun müddət əraziyə keçə bilməyib. Atəş açanlar ərazini tərk etdikdən sonra polis hadisə yerindən güllə gilizlərini, taxta dəyənəkləri toplaya bilib. Həmçinin cinayətkarlara aid iki avtomobil (“Volksvagen” və “Nissan”) hadisə yerində qalıb. Hazırda müstəntiqlər hadisə yerinə baxış keçirir”, – deyə erməni mətbuatı yazır.

Share: