Ermənistan paytaxtının kitab mağazalarında Türkiyə öndəri, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk haqqında kitablar satılmağa başlanıb.
Milletinsesi.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Məlumatda İrəvanın Mesrop Maştots küçəsi 20 ünvanındakı “Bukinist” mağazasında satılan Corc Uolter Qavriçin “The Young Atatürk: From Ottoman Soldier to Statesman of Turkey” (“Gənc Atatürk: Osmanlı əsgərindən Türkiyə dövlət xadiminə qədər”) adlı kitabının fotosu təqdim edilib.
Ermənistandakı irqçi, revanşist, işğalçı xislətli dairələr bundan hiddətlənib.
“Hansısa Məşhur türk yazıçısının bir əsəri təqdim edilsəydi, bəlkə hardasa başa düşülərdi. Biz deyərdik ki, ədəbiyyat, incəsənət milliyyəti, düşmənçiliyi tanımır. Bəs Türkiyə Cümhuriyyətinin qurucusu, millətçi ekstremist Mustafa Kamal Atatürkü tanıtmaqda məqsəd nədir? Bəlkə də növbəti silsilə Erməni Soyqırımını təşkil edən və həyata keçirən Təlat və Ənvər Paşa olacaq… Ermənilər tədricən soyqırıma uyğunlaşırlarmı? Bu kitab harada, hansı mətbəədə çap olunub? Bu, “əlahəzrət”in göstərişi olmadan çap oluna bilməz və erməni xalqına siyasi istehzadır. Görün, xalqın ən böyük iradəsini yerinə yetirən necə “demokratik” liderimiz var. Erməni hər gün, hər saat kiçilir, diqqətdən kənarda qalır…”- deyə erməni nəşri “Facebok”dakı paylaşımlardan birini təqdim edib.
S.Laçın