
Şhamshyan.com xəbər verir ki, İrəvanda baş verən atışma nəticəsində 1 nəfər ölüb, bir nəfər yaralanıb.
Saytın məlumatına görə, saat 21:00 radələrində İrəvan inzibati ərazi dairəsinin Malatya-Sebastiya rayonunda zərgərlik bazarının arxasında yerləşən anbarda atəş açıldığı barədə polis şöbəsinə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları bir nəfərin meyitini aşkar ediblər, digər vətəndaşa isə ilkin tibbi yardım göstərildikdən sonra “Astxiq” tibb məntəqəsinə aparılıb.
Hadisə yerindən çoxlu sayda pulemyot və tapança patronlarının boş gilizləri, qan izləri, habelə atəş izləri olan 3 avtomobil aşkar edilib. Qeyd olunur ki, polis və müstəntiqlər ölənlərin və yaralıların şəxsiyyətini müəyyənləşdirirlər. Fakt üzrə cinayət işi açılıb.