İrəvanda KTMT-nin çərşənbə günü, noyabrın 23-nə planlaşdırılan sammiti ərəfəsində müxalifətdə olan “milli demokratik qütb” partiyası təşkilata və işğalçı Rusiya prezidentinin Ermənistana səfərinə etiraz aksiyası keçirib.
Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti və telegram-kanalları məlumat yayıb.
“Erməni milli-azadlıq hərəkatının qəhrəmanı” sayılan faşist Qaregin Njdenin abidəsi önündən hərəkətə keçən aksiya iştirakçıları anti-Rusiya şüarları səsləndiriblər: “Rusiya düşməndir!”, “KTMT düşməndir!,” “Hərbi blok üzvü olan Ermənistana heç bir dəstək vermir”…
Eyni zamanda, müxalifət partiyasının üzvləri bildiriblər ki, qeyri-dost, hətta “düşmən” KTMT-yə üzv ölkələrin liderlərinin, xüsusən də Rusiya prezidenti Putinin Ermənistana səfəri layiqli etirazla qarşılanmalıdır. Plakatlarda Belarus prezidenti Aleksandr Lukaşenkonun da arzuolunmaz elan olunnmasına çağırışlar da görünüb.
Aksiya iştirakçıları Ukrayna bayraqları da qaldırıb və “Ukraynaya eşq olsun – Qəhrəmanlara eşq olsun!” şüarları səsləndirilib.
Digər mənbələrin məlumatına görə, çərşənbə günü, noyabrın 23-ü saat 13:00-da müxalifətçilər, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri yenidən etiraz aksiyaları keçirmək niyyətindədirlər.
Sultan Laçın