Türk konsulunun qatili, terrorçu Hambik Sasunyanın İrəvanda toyu olub.
Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
H.Sasunyan 28 yanvar 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı onun avtomobilində qətlə yetirmişdir. Polis tərəfindən dərhal həbs olunan Sasunyana cinayət işi açılmış, işin istintaqı nəticəsində onun “ESƏD” in üzvü olduğu aşkarlanmışdır.
İstintaq və məhkəmə prosesi nəticəsində Sasunyanın konsulu milli zəmində türklərə bəslədiyi nifrətin nəticəsində qətlə yetirdiyi təsdiqlənmişdir. Məhkəmənin hökmü ilə Sasunyan ömürlük həbs cəzasına məhkum olunmuşdur.
Əslən Livan ermənisi olan Sasunyan məhkəmə prosesi zamanı bu cinayəti “erməni soyqırımında” həlak olan ermənilərin qisasını almaq üçün törətdiyini bildirmişdir.
ABŞ prezidenti Ronald Reyqan bu cinayəti pisləyir, və bunun bir mənalı olaraq terror olduğunu bildirir. 2002 ci ildə Sasunyanın vəkilləri onun “peşmanlığı” barədə məktubu məhkəməyə təqdim edirlər, və cəzasının yüngülləşdirilməsini tələb edirlər. Lakin məsələyə baxan Kaliforniya məhkəməsi vəsadətə rədd cavabı verir və iki dəfə 2006 cı və 2010 cu ildə əvvəl çıxarılmış cəzanın güvvədə qalması barədə qərar çıxarır.
1982-ci ildən etibarən Daşnaksütyun Sasunyanı “vicdan məhkumu” elan edib və onun azad olunması üçün kompaniya aparır, həmçinin bu vaxt ərzində Sasunyanın bütün xərclərini (vəkillər və sair) Daşnaksütyun ödəyib. O, 2021-ci ildə azad edilib və Ermənistana gəlib.
S.Laçın