“Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və bunu sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir”.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra birgə keçirilən brifinqdə deyib.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, – A.Barbok bildirib.
A.Mirzoyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olmasını mümkün hesab edir.
O bildirib ki, Ermənistan Almaniyanın regionda sülh və sabitliyin bərqərar olması səylərini vacib hesab edir.