
İran hakimiyyəti kütləvi etirazlarda iştirak edən 22 minə yaxın insanı əfv edib.
Modern.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sədri Qulam Hüseyn Mohseni-Ejei məlumat verib.
Qərar İranda İslam İnqilabının 44-cü ildönümünə təsadüf edir. Əfv barədə ilk dəfə fevralda İranın ali dini lideri Ayətullah Əli Xamenei məlumat verib.
Qeyd edək ki, İranda kütləvi etirazlar 2022-ci ilin payızında başlayıb. Etirazlara səbəb əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin polis şöbəsində dünyasını dəyişməsi olub.