İran ABŞ-la razılaşmaq üçün nüvə proqramını dayandırmağa hazırdır – KİV

İran ABŞ-la razılaşmaq üçün nüvə proqramını dayandırmağa hazırdır – KİV

Tehran Vaşinqtonla razılığa gəlmək və regionda gərginliyi azaltmaq üçün nüvə proqramını bağlamağa və ya dayandırmağa hazırdır.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb:

“İran nüvə enerjisi istehsalı üçün regional konsorsium yaratmaq təklifinə üstünlük verəcək”.

Qəzet qeyd edir ki, İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff fevralın 6-da İstanbulda potensial nüvə sazişi ilə bağlı danışıqlar aparacaqlar.

Görüşdə ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kushner də iştirak edəcək və Türkiyə, Qətər və Misirdən yüksək səviyyəli rəsmilər iştirak edəcək.

Qeyd edək ki, Tramp yanvarın 26-da Vaşinqtonun İrana qarşı “böyük armada” göndərdiyini bəyan edib və Tehranın nüvə silahından imtina edərək dialoqa girəcəyinə və razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. ABŞ liderinin sözlərinə görə, İran rəsmiləri amerikalı həmkarları ilə ciddi danışıqlar aparır.

Share: