İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei koronavirus peyvəndləri barədə açıqlama verib.
O, ABŞ və İngiltərədə istehsal olunan vaksinləri almayacaqlarını bildirib.
Qeyd edək ki, İranda yerli “COVID-19” peyvəndinin insan üzərində tətbiqinə dekabrın 21-də start verilmişdi. Xamenei sözügedən vaksinin ona vurulmasına hazır olduğunu bildirmişdi./Sfera.az