“İran “anakonda həlqəsi”nə salınıb və oradan salamat çıxmayacaq…

“İsrail İranın nüvə potensialının məhv edilməsi üçün detallarıyla hücum planı hazırlayıb…

“İsrail Azərbaycan və Türkiyənin timsalında özünə unikal müttəfiqlər əldə edib…”

“Türkiyədə İran Azərbaycanının idarə edilməsi üzrə müvafiq orqanlar yaradılıb…”

“İran Azərbaycanı, keçmiş sovet Azərbaycanı kimi, ana Türkiyə ilə birləşmək istəyindən alışıb yanır…”

“İsrailin vəzifəsi İranın nüvə obyektlərini məhv etmək, Türkiyə və Azərbaycanın vəzifəsi Azərbaycan xalqını faşist fars rejimindən xilas edib Osmanlı Türkiyəsi limanına qaytarmaqdır…”

“İranla bağlı narahat olmayın, indi onun çox mürəkkəb problemləri var. Təsəvvür edirsinizmi, İran ətrafında hansı tektonik hadisələr hazırlanır? Azərbaycan, Türkiyə və İsraildən ibarət inanılmaz blok yaranıb”.

Moderator.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Ukraynanın “24 kanal” nəşrinə verdiyi müsahibəsində deyib.

Aparıcı Rusiyanın timsalında dünyanın  “ikinci ordusu” mifinin dağılmasına rəğmən, Belarusun Rusiya komandasında olduğu, İranın da öz raketləri ilə Ukraynaya problemlər yaratması barədə politoloqdan fikirlərini bölüşməyi xahiş edib.

O, bunları söyləyib.

“Bu yaxınlarda İsrailin ali hərbi rəhbərliyi tam tərkibdə Bakıda səfərdə olub, orada Türkiyə və Azərbaycandan həmkarları ilə görüşüb, nələrisə müzakirə edib.

Qarşımızda yaranan mənzərə belədir:

Birincisi. İran faşist dövlətidir, ən ülvi məqsədi yəhudi dövlətini tamamilə məhv etmək və Yer üzündən silməkdir. Bu məqsədlə İran uzun illərdir ki, nüvə bombası hazırlamaq niyyətindədir və bunun, demək olar ki, bir addımlığındadır.

İsrail detallarıyla İranın nüvə potensialının məhv  edilməsi üçün hücum planı hazırlayıb. Bunun üçün ərəb ölkələrinin əksəriyyətinin razılığını alıb, İsrail təyyarələrinin Səudiyyə Ərəbistanı üzərindən uçacağı nəzərdə tutulur.

Amerikalılar indiyədək onları bu addımdan çəkindirib. Obama, müəyyən mənada Bayden administrasiyası İranla mənasız sövdələşmə əldə edib.

Hazırda belə təzyiqlər azalıb. Həm də İsrail Azərbaycan və Türkiyənin timsalında özünə maraqlı müttəfiqlər əldə edib.

Beləliklə, birinci məqam İsrailə qarşı İranın nüvə təhlükəsi, onu Yer üzündən silməsi niyyətidir.

İkincisi. Nədənsə, bəziləri İranda bir aydan artıq davam edən etiraz və iğtişaşları görməzdən gəlir. Orada Əmini adlı gənc qızın İranın “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra bu iğtişaşlar hökumət əleyhinə çevrilib və bütün ölkəni bürüyüb.

Və üçüncü məqam.

Siz bilirsiniz ki, İranın bütün şimalında azərbaycanlılar məskunlaşıb. Bu, İran Azərbaycanı adlanır. Onlar İran əhalisinin az qala yarısını təşkil edir.

Türkiyədə İran Azərbaycanının idarə edilməsi üzrə müvafiq orqanlar yaradılıb. Onlar, keçmiş sovet Azərbaycanı kimi, ana Türkiyə ilə birləşmək istəyindən alışıb yanır.

Beləliklə, Türkiyə, Azərbaycan və İsrail yaranmış əlverişli vəziyyətdən, yəni İranda kütləvi etirazlardan, Amerika “örtüyü”nün İranın davranışları səbəbindən zəifləməsindən yararlanmaq əzmindədir.

İsrailin vəzifəsi aviasiya zərbələri ilə İranın nüvə obyektlərinin məhv edilməsidir.

Türkiyə və Azərbaycan ordularının vəzifəsi qardaş Azərbaycan xalqını faşist fars rejimindən xilas edib doğma Osmalı Türkiyəsi limanına qaytarmaqdır.

Bax, bunlar ən yaxın zamanların gerçək baş verəcək hadisələridir. Sadəcə, bir az səbr etmək lazımdır.

Bütün bunlar İsrailin azadlıqsevər xalqların tiranlara qarşı mübarizəsi üçün öz tövhəsini verməsidir.

Bir sözlə, İran elə bir “anakonda həlqəsi”ndə boğulur ki, oradan salamat çıxmayacaq”.

Mənbə

Share: