İran Belarus və Rusiyada PUA zavodları tikmək istəyir

İran Rusiya və Belarus ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün zavodlar tikməyə hazırlaşır. 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir. 

Hesabatda bildirilir ki, bu, Rusiya Federasiyasına PUA-lar ordusunu artırmağa, İrana isə ölkəyə valyuta cəlb etməyə kömək etməlidir.  

Analitiklər qeyd edirlər ki, iyulun 31-də Belarusun müdafiə naziri Viktor Xrenin İranın müdafiə naziri Rza Aştiani ilə Belarusda kamikadze PUA-ların istehsalı üzrə zavodun tikintisini müzakirə edib. 
 

Mənbə

Share: