İran hakimiyyəti BRİKS qrupuna üzvlük üçün müraciət ünvanlayıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə deyib.
“İran XİN rəhbəri üzvlüklə bağlı müraciəti açıqladı. Çin rəhbəri İran prezidenti İbrahim Rəisini dəvət etdi və o, tədbirdə çıxış etdi. Ümid edirəm ki, bundan sonra da quruma fayda gətirə biləcəyik və BRİKS də bizə dəyər verəcək”, – deyə sözçü bildirib.
Qeyd edək ki, BRİKS qrupuna Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildi.
[ad_2]