İran İslam Respublikası ballistik raketləri ölkənin qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib.
Modern.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin şimal sərhədlərindəki təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzi (Alma Research and Education Center – red.) məlumat yayıb.
Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan 3 yeraltı obyekt var. İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar.
Qeyd edək ki, hava hücumundan müdafiə sistemləri yerli dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilir.