“İran İsraillə birbaşa savaşdan yan keçmək istəyir”

“İran, HƏMAS və “Hizbullah”ı birləşdirən əlaqəli strategiyadır…”

 

“İran bu müharibədə ikinci cəbhə açıb və Yəmən husilərini savaşa cəlb sövq edir…”

 

ABŞ kəşfiyyatının fikrincə, İran İsrailin Qəzzadakı hərbi əməliyyatlarına tammiqyaslı münaqişəyə cəlb olunmadan cavab verməyə hazırlaşır.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerika kəşfiyyatına istinadən CNN telekanalı məlumat yayıb.

 

“İran İsrailin Qəzza bölgəsində hərbi əməliyyatlarına elə cavab verməyi düşünür ki, İsrail ilə birbaşa münaqişədən yan keçsin”, – məlumatda deyilir.

 

Mənbənin sözlərinə görə, Qəzzada vəziyyətin kəskinləşməsi fonunda ABŞ Fələstin anklavına öz hərbi konyingentinin bir hissəsini göndərib, İsrailin Müdafiə Ordusu isə bütün istiqamətlərdə zərbələr endirməyə hazırlaşır, bu da İrana tam hərbi toqquşmaya yol vermədən bölgədə “Fələstin qardaşlarının” müdafiəsi üçün öz addımları barədə elan etməyə imkan verib.

 

İran bu ölkələrlə birbaşa münaqişə baş verəcəyi təqdirdə potensial dağıdıcı nəticələri anlayır, lakin gərginliyin eskalasiyasına təhrik edə biləcək “Hizbullah” şiyə qruplaşması üzərində tam nəzarətə malik deyil.

 

Eyni zamanda, ABŞ kəşfiyyatının məlumatlarına görə, ABŞ İran və onun Yaxın Şərqdə müxtəlif etibarlı şəxsləri ilə təmasları barədə heç də həmişə tam məlumata malik deyil.

 

“Problem bundadır ki, bütün etibarlı şəxslər Tehrana eyni dərəcədə hörmətlə yanaşmır və onları bir-birilə qarışdırmaq yanlışdır”, – bunu Amerika kəşfiyyatının Yaxın Şərq regionu üzrə ixtisaslaşan sabiq baş analitiki Conatan Panikoff deyib. 

 

“Məsələ bundadır ki, əgər HƏMAS həqiqətən bəlaya düşərsə, İran öz müttəfiqinin xilas edilməsi üçün “Hizbullah”a Qəzzada tammiqyaslı hücuma başlamasına razı olacaq, ya yox. Mən bunu bildiyimizi düşünmürəm”, – o, deyib.

 

Buna baxmayaraq, ABŞ rəsmi şəxsləri hesab edir ki, İran, HƏMAS və “Hizbullah”ı birləşdirən əlaqəli strategiyadır. 

 

Ərəbdilli KİV-lərin məlumatına görə, İranın İranyönümlü satellitləri ilə əlaqələrə cavabdeh olan hərbi generalı Beyruta gəlib, orada “Hizbullah”, HƏMAS və İranın dəstək verdiyi digər qruplaşmaların rəhbərliyinin nümayəndələri ilə görüşüb.

 

Almaniyanın “Bild” qəzeti yazıb ki, İran İsrailin HƏMAS-la müharibəsində ikinci cəbhə açıb və Yəmən husilərinin müharibəyə cəlb edilməsinə sövq edir.

 

Qəzetin analitiki Yulian Repke bəyan edib ki, İran İnqilabı Keşikçiləri Korpusu husi yaraqlılarına İsrailə cənubdan hücum etməyi əmr edib.

 

Husilər İsrailə oktyabrın 31-də müharibə elan edib. Yəmənin təxminən yarısı, o cümlədən ölkənin paytaxtı onların idarəçiliyi altındadır.

 

Bundan öncə məlumat verilib ki, Livanın “Hizbullah” qruplaşması Rusiyanın “Vaqner qrupu” özəl hərbi şirkətindən NATO modifikasiyası olan “Pansir-C1-SA-22” zenit-raket kompleksi əldə edəcək.

Mənbə

Share: