İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qüvvələri ölkənin şimal-qərbində rejimə müxalif silahlı qüvvələrə qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirib.
Bu barədə yarırəsmi “Tasnim” agentliyi informasiya yayıb.
Bildirilib ki, əməliyyatlar bu həftə ərzində mərhələli şəkildə baş tutub.
Pilotsuz uçuş aparatları, raket, tank, top və səhra toplarından istifadə olunan hərəkat çərçivəsində çox sayda müxalif silahlı zərərsizləşdirilib. Onlara aid sursat, partlayıcı ələ keçirilib və qərargahları partladılıb.
Bu əməliyyatın Quru Qüvvələrinin təşkil etdiyi ən böyük əməliyyatlardan biri olduğu qeyd edilib./Publika.az