“İran Ordusunda koronavirusa yoluxanların ümumi sayı 160 nəfərdir, onlardan 3-ü həyatını itirib”.
Bunu İran Ordusunun Koordinasiya Mərkəzinin sədri kontr-admiral Həbibullah Səyyari deyib.
Onun sözlərinə görə, indiyə qədər ordu sıralarında 160 yoluxma qeydə alınıb ki, onlardan 120 nəfər müqavilə ilə çalışan mülki şəxs, 40-ı isə hərbçidir,yoluxanlardan 3-ü vəfat edib.
Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 77 mini ötüb və virusdan 4 500-dən çox insan vəfat edib.
Xatırladaq ki, bu gün İranda Silahlı Qüvvələr günüdür. (APA)