İran prezidentinin daha bir vitse-prezidenti istefa verib

İran prezidentinin iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib.

Bu barədə Möhsün Rezainin ofisindən bildirilib.

Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib.

Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi.

Məlumata görə, S.Ə.Xamənei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib.

Xatırladaq ki, Möhsün Rezai 2022-ci ilin sentyabrında vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, bir müddət əvvəl İranın daha bir vitse-prezidenti Məsud Mirkazemi də istefa vermişdi.

Mənbə

Share: