“İran PUA-ları ilə Ukrayna ərazisinə hücumlar intensivləşib”

“İran PUA-ları ilə Ukrayna ərazisinə hücumlar intensivləşib”

İran PUA-ları ilə Ukrayna ərazisinə hücumlar intensivləşib.

 

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib. Onun sözlərinə görə Rusiya ordusu raket əvəzinə Ukraynanı İranın kamikadze dronları ilə daha tez-tez vurmağa başlayıb. İqnat vurğulayıb ki, onlarla mübarizə aparmağın yeni taktikalarını hazırlayırlar. 

 

“Məlumata görə, PUA-larla hücumlar xüsusilə Xarkov, Odessa və Nikolayev vilayətlərində qeydə alınıb. Ukraynalı müdafiəçilər effektiv müdafiəni öyrənirlər. Ukrayna Silahlı Qüvvələri atıcı silahlardan, pulemyotlardan, zenit qurğularından, həmçinin elektron döyüş texnikasından istifadə edir”.

 

İqnat hesab edir ki, Rusiya dörd “İl-76” nəqliyyat təyyarəsi ilə İrandan bir neçə yüz pilotsuz təyyarə tədarük edə bilər.

Mənbə

Share: