
İsrailin Qəzza şəhərini ələ keçirmək üçün planlaşdırdığı əməliyyat Yaxın Şərq üçün əhəmiyyətli nəticələrə malik böyük cinayət olacaq.
Millətin Səsi.az xəbər verir ki, bu haqda İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində bildirib:
“Bu, çox ağır cinayətdir. Bunun regionun özü üçün əhəmiyyətli nəticələri var. Qəzza zolağında insanları blokadaya almaq, onlara aclıqdan əzab vermək, bütün bölgəni ələ keçirmək istədiklərini iddia edərək onların bir çoxunu öldürüb, yaralamağı insanlığa qarşı cinayətdən başqa bir şey adlandırmaq olmaz”.
Əməliyyatların keçirilməsi ilə bağlı qərar İsrail tərəfinin “bütün insani qaydalara məhəl qoymadığını” göstərir. “Mən beynəlxalq qaydalardan danışmıram, çünki onlar artıq məhv edilib. Amma bizim hamımızın insani qaydaları var və bunlara tamamilə məhəl qoyulmur”, – Cəlali əlavə edib.