İran vurduğu təyyarənin qara qutusunu Fransaya göndərir

İran hakimiyyəti vurduğu Ukrayna sərnişin təyyarəsinin qara qutusunu Fransaya vermək niyyətindədir.

Milletinsesi.az xəbər verir ki, bunu İran Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, İran öz ərazisində qara qutunu tədqiq etməyə cəhd edib, amma qara qutunu deşifrə etmək imkanları olmadığı üçün onları Fransaya vermək qərarına gəlib.

Qeyd edək ki, bundan öncə İran Ukrayna, İsveç, Britaniya, Kanada və ABŞ-dan qara qutunun tədqiq edilməsi üçün müstəqil laboratoriya seçilməsini istəmişdi.

 

Share: