İran XİN başçısı hərbi zavoda dron hücumundan danışdı

İran XİN başçısı hərbi zavoda dron hücumundan danışdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsində baş verən partlayışları şərh edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, mətbuat konfransında bu barədə danışıb.

 

“İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum iranlı alimlərin dinc məqsədlərlə atomdan istifadə planlarına təsir etməyəcək. İranın təhlükəsizliyini zəiflətmək naminə ekspertlərimizin dinc məqsədlərlə atomun inkişafı ilə bağlı iradə və niyyətlərinə təsir edə bilməyən qorxaq addımlar atılıb”, – deyə nazir bildirib.

 

Qeyd edək ki, gecə İranın İsfahanda yerləşən hərbi zavodlarına dron hücumu həyata keçirilib.

Mənbə

Share: