İran XİN İsrailə xəbərdarlıq edib

İran XİN İsrailə xəbərdarlıq edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib.

 

Moderator.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

 

O bildirib ki, hərbi əməliyyatların əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə səbəb olacaq.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qəzzadakı fəlakətin daha da böyüyəcəyi barədə xəbərdarlıq etmişdi.

 

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrın 7-də başlayıb.

Mənbə

Share: