İsrailin mərkəzi hissəsi İran tərəfindən yeni raket atəşinə məruz qalıb.
Millətin Səsi.az xəbər verir ki, TASS müxbirinin verdiyi məlumata görə, ölkənin mərkəzinin bir çox bölgələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında siren səsləri ilə hava xəbərdarlığı elan edilib. Sirenlərdən sonra silsilə partlayış səsləri eşidilib.
Bundan bir qədər əvvəl İsrail ordusu İran ərazisindən yeni raket zərbəsi atıldığı barədə xəbərdarlıq etmişdi. Bu, Təl-Əviv və onun ətrafında günün əvvəlindən bəri ilk hava xəbərdarlığıdır.


