İrana qarşı yeni sanksiya tətbiq etdi 

ABŞ Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük edən İran müəssisələrinə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Ukraynada mülki hədəfləri vurmaqda istifadə edilən PUA-ları istehsal edən “Qods Aviation Industries” (QAI) şirkətinin icraçılarının və idarə heyətinin üzvlərini “qara siyahı”ya salıb.

 

Qeyd edək ki, Rusiya İrandan PUA aldığını inkar edir. İran müharibədən bir müddət əvvəl Rusiyaya PUA etdiyini etiraf edib.

 

Akif İsmayılov 

Mənbə

Share: