İranda koronavirus infeksiyasının yayılması hökuməti daha ciddi addımlar atmağa vadar edib.
Virusun ən çox yayıldığl Sistan-Bəlucistan vilayətindəki Çabahar və Nişabur şəhərləri karantinə alınıb. İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA-nın yazdığına görə bu şəhərlərə giriş-çixış qadağan edilib. Təyyarə reysləri qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İnsanlara küçələrə çıxmamaq barəsində xəbərdarlıq edilib.
Xatırladaq ki, Çabaharda İranın Sakit okeana çıxışı olan yeganə limanı yerləşir.