İranda 40 kəndlə əlaqə kəsildi – Səbəb yağış

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Qəsrqənd rayonunda güclü yağış yağması və Kacu çayının daşması nəticəsində 40 kəndlə əlaqə kəsilib.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin Qəsrqənd rayonunun qubernatoru Rəhimbəxş Pakəndiş deyib.

R.Pakəndişin sözlərinə görə, ötən gecə kəskin yağıntılı hava şəraiti rayonun su, elektrik, telekommunikasiya və kənd təsərrüfatı sektorlarına ciddi şəkildə ziyan vurub. Bəzi yolları su basıb.

Qubernator əhaliyə çayların kənarından olmağı tövsiyə edib.

 

Share: