İranda bir ayda məhbusların sayı 50 faiz artıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Bildirilir ki, İranda son bir ay ərzində həbslərin sayı əvvəlki ayla müqayisədə 50%-dən çox artıb: “İyunda İranın müxtəlif şəhərlərində azı 168 vətəndaş həbs edilib”.
Qeyd edək ki, 2022-ci ildə “Qadın, Həyat, Azadlıq” etirazları başlayandan sonra cəmiyyətin müxtəlif təbəqələrində geniş həbs dalğası başlayıb və davam edir.