İranda “çoban” yenidən prezident olmaq istəyir

İranın keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərinə namizədliyini irəli sürən Mahmud Əhmədinejad seçkiqabağı təbliğat və təşviqat kampaniyasına başlayıb.

Millətin Səsi.az xəbər verir ki, o, artıq vətəndaşlar və seçicilərlə görüşlər keçirir.

Tehranın müxtəlif məhəllələri, bazarları və ictimai yerlərində vətəndaşlarla görüşən Əhmədinejad seçki platformasını açıqlayır.

Bir neçə ildir İran rəhbəri Əli Xamenei ilə ixtilafı olan keçmiş prezidentin vətəndaşlar tərəfindən rəğbətlə qarşılanması hakim sistemin nümayəndələrinin narahatlığına səbəb olub.

Qeyd edək ki, Əhmədinejad vəzifədən getdikdən sonra doğma kəndinə qayıdıb, sadə kəndli həyatı yaşayır, qoyun otarırdı. Sosial şəbəkələrdə onun çobanlıq etdiyi bildirilirdi. İxtisasca inşaat mühəndisi olan keçmiş prezident bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.

Share: