İranın paytaxtı Tehranda yerləşən beş binada uçqun baş verib.
Modern.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qəza qanunsuz tikililərin sökülməsi zamanı baş verib. Dağıntılar altında qalan şəxslərin polis və bələdiyyə işçiləri olduğu bildirilir.
Məlumata görə, ölən şəxslərdən biri polis polkovnikidir.