İranda daha 152 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 152 nəfər koronavirusdan (COVID 19) ölüb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 308 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 178 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 183 187 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 371 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 924 685 nəfər koronavirusdan sağalıb.

Share: