İranın Sari şəhərində etirazçılar Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini bələdiyyə binasından yerə atıblar.
Bu barədə görüntüləri “Azad İran” “Telegram” kanalı yayıb.
Videoda nümayişçilərin hökumət binasının divarlarından Ruhullah Xomeyni və Əli Xameneinin şəkillərini sökdükləri, izdihamın isə onları alqışladığı görünür.
“Sağ ol, sağ ol, arzumuzu gerçəkləşdirdin!” – deyə etirazçı qadınlardan biri bildirib.