İranda etirazları dəstəkləyən tanınmış aktrisalar həbs olunub

İranda etirazları dəstəkləyən tanınmış aktrisalar həbs olunub

İran ölkədəki etiraz hərəkatı ilə həmrəylik ifadə edən və hicablarını açıq şəkildə çıxaran iki tanınmış aktrisanı həbs edib.

Modern.az xəbər verir ki, İRNA-ın məlumatına görə, aktrisalar Hengame Qaziani və Katayun Riahi sosial şəbəkələrdəki “təxribatçı paylaşımları”nın araşdırılması üçün üçün prokurorluğa çağırılıblar və sonra saxlanılıblar.


İranda 22 yaşlı kürd əsilli qadın Məhsa Əmininin ölümündən sonra iki aydan çox davam edən nümayişlər davam edir.

İram İslam Respublikası hakimiyyəti etirazları “iğtişaşlar” adlandırır və ölkənin Qərb düşmənlərini onları alovlandırmaqda ittiham edir.


Aktrisa Hengame Qaziani İnstaqramda hicabını çıxardığı video yayımlayıb. “Bəlkə bu mənim son paylaşımım  olacaq” deyə o yazıb.


“Bundan sonra mənə nə olursa olsun, bilin ki, həmişə olduğu kimi, son nəfəsimə qədər İran xalqının yanındayam”, – deyə sənətçi bildirib.


Keçən həftə o, İran hökumətini 50-dən çox uşağı öldürməkdə ittiham edib.

Mənbə

Share: