İranda göz gözü görmür – Bu səbəbdən

Hazırda İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zabol rayonunda küləyin sürəti saatda 101 kilometrə çatır.

Milletinsesi.az bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hava proqnozları bürosunun baş direktoru Möhsün Heydəri deyib.

M.Heydərinin sözlərinə görə, güclü külək qum qasırğası ilə nəticələnə bilər və qeyri-münasib hava şəraiti həftənin sonuna kimi davam edəcək.

Baş direktor əlavə edib ki, Zabol şəhərində havada partikulyar maddələrin qatılığı hər kvadratmetrdə 1 515 mikroqrama çatıb və normadan on dəfə çoxdur. (Trend)

Share: