İranda hakimiyyətə qarşı etirazlar yenidən ALOVLANIR

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində cümə namazından sonra ölkə hökumətinə qarşı nümayişlər keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.

 

Zahidan şəhərində çəkilən videolarda Məkki məscidindən çıxan izdihamlı qrupun yürüş edərək yerli hökuməti hədəf alan şüarlar səsləndirdiyi görünür.

 

Təhlükəsizlik qüvvələrinin dinc nümayişlərə müdaxilə etməməsi də diqqət çəkib.

 

Sünni din xadimi və Zahidan şəhərinin axundu Əbdülhəmid İsmayılzehi Məkki məscidində cümə namazından əvvəl verdiyi açıqlamada İran rejimini məhbus gəncləri azad etməyə və edamları dayandırmağa çağırıb.

 

Akif İsmayılov

Mənbə

Share: