İranda havanın çirklənməsi nəticəsində 8 min nəfər xəstəxanaya yerləşdirilib

İranda havanın çirklənməsi nəticəsində 8 min nəfər xəstəxanalara müraciət edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təcili Tibbi Yardım xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, həmin şəxslər ürək və tənəffüs problemi ilə bağlı xəstəxanalara müraciət ediblər.

Qeyd edək ki, son iki gün ərzində Tehranda havanın çirklənməsi təhlükəli həddə çatıb. Ölkənin tibb müəssisələri hazır vəziyyətə gətirilib. Əhaliyə maskalardan istifadə etmək və zərurət olmadığı təqdirdə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Share: