İran rəsmiləri ölkədə iki nəfərdə koronavirus aşkarlandığını ilk dəfə təsdiq edib.
İSNA xəbər agentliyinin yaydığı məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur çərşənbə günü bildirib.
O qeyd edib ki, son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunanlar var.