Bu gün İranın Zahidan şəhərində aksiya keçirən insanlara və polislərə atəş açılıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Şəhərin yerləşdiyi Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurası bildirib ki, atəş açan şəxslərin kim olduğu bilinmir.
Yaralılar arasında həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin üzvləri var.