İranda koronavirusdan ölənlərin sayı 2077-yə çatıb.
Bu barədə İran Səhiyyə Nazirliyindən məlumat verib.
Bildirilib ki, son sutka ərzində COVID-19 virusuna yoluxmuş 143 nəfər vəfat edib, 2206 nəfərdə virusa yeni yoluxma faktı aşkarlanıb.
Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 27017-yə çatıb.
Bu günədək 9625 nəfər sağalıb.