İranda koronavirusdan ölənlərin sayı artdı

İranda ötən sutka ərzində yeni koronavirus (COVID-19) nəticəsində 97 nəfər dünyasını dəyişib.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ümumilikdə İranda bu virusdan ölənlərin sayı 611 nəfərə çatıb.

Nazirlik rəsmisi ötən sutka ərzində daha 1 365 nəfərin yeni koronavirusa yoluxduğunu deyib.

Cahanpur əlavə edib ki, ümumilikdə İranda yeni koronavirusa yoluxanların sayı 12 729 nəfərə çatıb.

İran rəsmisi bildirib ki, bu günədək 4 339 nəfər sağalıb./trend

Share: